Audit

Audit, istənilən biznesin maliyyə itkilərindən qorunması, həmçinin inkişafı üçün vacib olan amillərdən biridir. Biz müştərilərə iki istiqamətdə, Vergi və Maliyyə hesabatlarının auditini təklif edirik. Audit apararkən işimiz yalnız səhvlərin aşkarlanması və rəy bildirilməsi ilə yekunlaşmır. Nəticədən asılı olaraq risklərin aradan qaldırılması və nəzarət olunması üçün məsləhətlər veririk. Biz, işimizin keyfiyyətli olması üçün işə müştəri tərəfdaşı kimi yanaşırıq.

 

Maliyyə hesabatlarının auditi:

Hər bir biznesin inkişafı və idarə edilməsi üçün Maliyyə hesbatlarının doğruluğu mütləq şərtdir. Bundan əlavə olaraq qanunvericiliyin tələbi ilə bir çox müəssisə icbari qaydada maliyyə hesabatlarına audit rəyi almalıdır. Biz, həmçinin maliyyə hesabatlarının hazırlanması xidmətini təklif edirik.

Vergi hesabatlarının auditi:

Vergi hesabatlarının auditi zamanı müəssiənin mühasibi və ya mühasibat xidməti göstərən kənar şəxs tərəfində təqdim edilmiş hesabatlar yoxlanılır. Bu yoxlamanın nəticəsi sahibkara müəssisənin gələcəkdə yarana biləcək riskləri müəyyən etməyə imkan verir. Vergi hesabatlarında yaranmış bir çox səhv vergi müfəttişi tərəfindən aparılan yoxlama zamanı cərimələrlə nəticələnə bilər.

maliyyə və ya vergi məsləhətçisi axtarırsınız?